“Azercell”in hesabatı tənqid edildi: “Beynəlxalq praktikanın əksinə hərəkət edir”

“Azercell”in hesabatı tənqid edildi: “Beynəlxalq praktikanın əksinə hərəkət edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əksər ölkələrin mobil operatorları hesabat verərkən adətən ilk öncə gəlirləri, sonra infrastruktur xərclərini, daha sonra sosial xərclərini və nəhayət sonda dövlətə ödədiyi vergiləri açıqlayırlar.
“Azercell” dövlət şirkəti bir neçə gündür ki, Hesabat xarakterli məlumatlar açıqlayır. Ancaq “Azercell” ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaqda xəsislik edir və mövcud beynəlxalq praktikanın tam əksinə hərəkət edir.

Tribunainfo.az az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz danışıb. O qeyd edib ki, bu dövlət şirkəti, əsas göstərici olan gəlirlərini açıqlamadan öncə artıq hər şeyi açıqlayıb, ödədiyi vergilər, sosiala xərclədiyi pullar, dəstəklədiyi layihələr və sair:

“”Azercell” dövlət şirkətindən gözləntilər isə daha çox aşağıdakı ictimai əhəmiyyət kəsb edən məlumatlardır –

– Ötən il gəlirlər nə qədər olub və dinamika necədir?
– Bir abonentdən əldə olunan gəlir (ARPU) necə dəyişib ?
– ASAN imzadan əldə olunan gəlirlər necədir?
– Mobil internet xidmətləri və danışıqlar üzrə gəlirlər və dinamika necə olub?
– Rouminqdən daxil olan gəlirlər, Aztelekom-a ödənişlər və dinamika necə olub ?
– İnfrastruktura nə qədər yatırım edilib ?
– 2G, 3G və 4G/LTE ilə əhatə neçə faizdir ?
– 5G nə zaman olacaq ?
– Abonent bazası nə qədər artıb ?
– “Azercell”in nə zaman özəlləşməyə çıxarılması hədəflənib? və s.”.

Nigar