Hər zaman gənclərə dəstək olan “Azercell Telekom” MMC-nin İnsan Qaynaqları departamentinin əməkdaşları ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi və Amerika Mərkəzinin tələbələr və məzunlar üçün təşkil etdiyi Karyera Günü və İş Yarmarkasında iştirak edib.
Hər zaman gənclərə dəstək olan “Azercell Telekom” MMC-nin İnsan Qaynaqları departamentinin əməkdaşları ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi və Amerika Mərkəzinin tələbələr və məzunlar üçün təşkil etdiyi Karyera Günü və İş Yarmarkasında iştirak edib.
Şirkət nümayəndələri Azercell-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər və Azercell-də mövcud olan vakansiyalar barədə yarmarka iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-də işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat verib, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin, işəgötürənlər potensial kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Yarmarka zamanı iştirakçılar üçün “Şəxsi iş: şəxsi biznes idarə etmənin çətinlik və perspektivləri”, İş əlaqələri qurma və müsahibə aparma bacarıqları”, “Uğurlu karyera qurmaq: Qeyri-kommersiya şirkətlərində işin çətinlik və perspektivləri”, “Şəxsi brendinizi necə yaratmalı”, “ Şəxsi iş: şəxsi biznes idarə etmənin çətinlik və perspektivləri”, “İş əlaqələri qurma və müsahibə aparma bacarıqları”,” Uğurlu karyera qurmaq: Uğurlu və layiqli karyera qurmanın 10 yolu” və “Karyera planlaşdırması və həyatdan nə istəyirsiniz” mövzusunda sessiyalar keçirilib. Günün ikinci yarısında tələbə və məzunların müxtəlif yerli və beynəlxalq şirkətlərinin nümayəndələri ilə görüşməsi və bu şirlkətlərdə işləməyin fayda və imkanları haqqında məlumat verilib. Qeyd edək ki, “Azercell Telekom” MMC daim istedadlı gənclərə karyera qurmaqda,
onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercellin təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir.