Azercell “Gəncə Marafonu – 2017″-nin eksklüziv tərəfdaşı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell bu cür sosial layihələrə dəstək olmaqla bütün abunəçilərini, və bütövlükdə, ölkəmizdə yaşayan insanları sağlam həyat tərzinə səsləyir
 Ölkəmizdə hər zaman idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin carçısı olmuş Azercell Telekom sentyabrın 17-də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşəbbüsü və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan “Gəncə Marafonu – 2017” layihəsinin eksklüziv tərəfdaşı qismində çıxış etdi. Azərbaycanın qədim mədəniyyət incisi Gəncə “Tarixlə addımla!” şüarı altında regionlar arasında keçirilmiş marafona ev sahibliyi edən ilk şəhər oldu. Müxtəlif ölkələrdən olan 11 min iştirakçını əhatə edən Marafon Gəncə şəhərində yerləşən “Zəfər Tağı”ndan start götürərək Heydər Əliyev adına park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə etdi.

Şirkət prezidenti Vahid Mürsəliyev başda olmaqla 60-a yaxın Azercell əməkdaşının da qoşulduğu bu layihənin missiyası Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır. Layihə regionlarda idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrindən olan müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır. Marafon insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olduğu cəmiyyətdə ictimai birlik hissini də yaradır.

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell bu cür sosial layihələrə dəstək olmaqla bütün abunəçilərini, və bütövlükdə, ölkəmizdə yaşayan insanları sağlam həyat tərzinə səsləyir.
TİA.AZ