“Azercell” bütün abunəçilərini boğaza yığıb.
Tribunainfo.az xəbər verir ki, bunu “Azercell” abunəçisi Elnar Hacıyev yazıb. O bildirib ki, ödəniş edilsə də xətt heç bir ay açıq qalmır:
“Mənim şikayətim “Azercell”dəndir. Avqust ayının 4-2 balansa 3 manat ödəniş eləmişəm. Bu gün avqust ayının 28-di, amma mənim xəttim artıq bağlıdır. Amma xətt 1 aylıq açıq olmalıdır.
Bəsdirin, xalq onsuz da cana-boğaza yığılıb. Bir gün Qarabağı azad edən bu xalq qəzəbini erməniyə yox, sizə tökəcək”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar