“Azərcell”in sosial şəbəkədəki aktivliyi “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirilib və şirkət “Socially devoted” sertifikatına layiq görülüb.
“Azərcell”in sosial şəbəkədəki aktivliyi “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirilib və şirkət “Socially devoted” sertifikatına layiq görülüb.
TİA.AZ–ın məlumatına görə, “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, 2017-ci ilin yanvar-fevral-mart aylarında “Azərcell” şirkəti rəsmi Feysbuk səhifəsində istifadəçilərin verdiyi sualların 100 %-ni cavablandırıb.
Azərbaycanda mobil operatorlar arasında yalnız “AzərCell” bu uğura imza atıb. 2012-ci ildən indiyə qədər “Azərcell” Feysbuk səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə dəfələrlə “Socially devoted” adına layiq görülüb. Onu da qeyd edək ki, “Azərcell” ölkədə bu sertifikatı alan ilk mobil operatordur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər “Azərcell” həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb. Bu yeniliklərin tətbiqində məqsəd – abunəçilərlə daha sıx əlaqənin qurmaq, onlara yeniliklər haqqında məlumatları çatdırmaq, abunəçilərin zamanına qənaət edərək onlara xidmət göstərməkdir.
“Azərcell”in Feysbukda rəsmi səhifəsi Azərbaycanda ən populyar səhifələrdən biridir və 9 ildir ki, fəaliyyət göstərir. Şirkətin rəsmi Feysbuk səhifəsində “Azərcell”in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. “Azərcell” öz Feysbuk səhifəsində Müştəri Xidmətlərini də aktiv şəkildə davam etdirir. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar. Bundan əlavə şirkət sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqələr, əyləncəli viktorinalar, aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.