“Azercell” abunəçilərinin nəzərinə: Sabahdan ay ərzində 2 AZN çıxılacaq

“Azercell” abunəçilərinin nəzərinə: Sabahdan ay ərzində 2 AZN çıxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan, fevralın 25-dən “Azercell” mobil operatorunun yeni tarifləri qüvvəyə minir.

Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq müəyyən edilən kartın istifadə müddəti + 90 gün təyin edilir. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.

Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində 2 AZN (ƏDV daxil) aylıq (otuz təqvim günü) abunə haqqı təyin olunacaq. Aylıq abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunacaq. İstifadə edilməmiş bonus dəqiqələri və internet həcmi 30 günlük istifadə müddətinin sonunda silinir və növbəti dövrün balansına keçirilmir. Növbəti aylıq abunə haqqı istifadə müddətinin sonunda avtomatik hesablanaraq balansdakı vəsaitdən çıxılacaq. Nömrədə mövcud olan tarif paketi başqası ilə əvəz edilənədək nömrənin balansında kifayət qədər vəsait olduqda müvafiq qaydaya uyğun olaraq aylıq abunə haqqı avtomatik hesablanıb çıxılmaq ilə tarif paketlərindən istifadə imkanı təqdim ediləcək.

Nömrənin balansında aylıq abunə haqqı məbləğinin çıxılması üçün lazımi qədər vəsait olmadıqda, həmçinin abunə haqqı müqabilində təqdim edilən istifadə imkanı bitdikdə, müvafiq tarif paketinin şərtlərinə uyğun olaraq xidmətlərdən istifadə imkanı təmin ediləcək.

Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan digər tariflərdən “Azercellim”, “Bölgə”, “GəncSim” tarif paketlərinə keçidə görə 4 AZN xidmət haqqı tətbiq ediləcək.

Fakturasız (SimSim) xətt və fakturalı xətt sisteminə aid nömrənin xəttinin 6 (altı) aydan çox olmayan müddətə ikitərəfli bağlanmasına görə 20 AZN xidmət haqqı tətbiq ediləcək.