“Azercell”də oturanlar özlərini ağıllı sayırlar və fikirləşirlər ki, necə edək ki, insanların cibinə girib çox rahatlıqla pul qazanaq. Artıq dekabr ayından sadə tariflərdə guya yenilənmə adı ilə hər ay bizim yüklədiyimiz konturlardan 2 manat pul çıxılır.
Tribunainfo.az xəbər verir ki, “Azercell”in bu xidmətindən narazılıq edən abunəçi Gulya Quliyeva adlı xanımdır. O bildirib ki, belə bir şirkət üçün bu addım biabırçılıqdır:
“Nömrəmə 3 manat kontur yüklədim. Bu gün mənim nömrəmdən 2 manat çıxıldı. “Azercell”in qaynar xətti ilə əlaqə yaratdıqda məlum oldu ki, “Azercell”dəkilər özlərini ağıllı sayırlar və fikirləşiblər ki, necə edək insanların cibinə girib çox rahatlıqla pul qazanaq. Artıq dekabr ayından sadə tariflərdə guya yenilənmə adı ilə hər ay bizim yüklədiyimiz konturlardan 2 manat pul çıxılır. Sual olunur, bu ölkədə imkansız yaşayan təqaüdçülər, aztəminatlı ailələr, işsizlər, tələbələr və s. maddi durumu aşağı olan kateqoriyalar var. Bu 2 manat həmin insanların 6-8 günlük çörək puludur. Hər ay insanların cibinə girib 2 manat oğurlamaq “Azercell” kimi yüksək gəlirlə işləyən şirkət üçün biabırçı addımdır”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar