“Azercell” abunəçilərin cibinə girdi – 2 manatınız silinəcək

“Azercell” abunəçilərin cibinə girdi – 2 manatınız silinəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti ilin fevral ayından etibarən “Azercell” heç bir xidmət təklif etmədən abunəçilərinin balansından 2 manat pul siləcək. Bunun adı oğurluqdan başqa bir şey deyil.

Bu sözləri Tribunainfo.az-a mobil rabitə üzrə ekspert İlkin Məmmədkərimov “Azercell”in 2 manatlıq istifadə haqqı limiti ilə bağlı danışarkən deyib. Mütəxəssis bildirib ki, “Azercell”in bu addımı özbaşınalıqdır, tamamilə abunəçi hüquqlarının pzulması deməkdir:

“Deməli, “Azercell” fevral ayından etibarən 2 manatlıq istifadə haqqı limiti tətbiq edəcək. Bu o deməkdir ki, “Azercell” abunəçilərinin balansından 2 manat silinəcək, ancaq bunun müqavilində abunəçiyə heç bir xidmət göstərilməyəcək. Yəni nə şəbəkələrarası danışıq, nə internet, nə danışıq dəqiqələri verilməyək. Bu oğurluğun pik həddidir. Abunəçinin balansından heç bir xidmət qarşılığı olmadan 2 manat silmək oğurluqdur.
Başqa operatorlarda da 2 manat limiti var. Ancaq onlar bunun müqabilində abunəçiyə danışıq dəqiqələri, internet verir. “Azercell” isə abunəçiyə heç bir xidmət təklif etmədən 2 manatı balansdan silir. Belə özbaşınalıq, oğurluq, qanunsuzluq olmaz. Bu göz görə-görə abunəçini saymamaq, onun cibindən oğurluq etməkdir. Əgər sən mənə heç bir xidmət təklif etmirsənsə, nəyə əsasən balansımdan 2 manat silirsən? Bu oğurluq deyilsə, bəs nədir?
Telekomunikasiya haqqında qanun qəbul edilməlidir. Bu qanun qəbul edilsə, bu cür oğurluq hallarının, abunəçinin razılığı olmadan onu hansısa xidmətə qoşmaq kimi halların qarşısı alınar.
Abunəçilərin hüquqları pozulur. “Azercell” bu yeniliyi ilə bağlı məlumatı o şəkildə yayıb ki, oxuyan abunəçilər də anlamır. Çoxu başa düşmür ki, yenilik nədən ibarətdir. Fevraldan etibarən balansdan heç bir xidmət təklif etmədən 2 manat silinəndən sonra narazılıqlar artacaq. “Azercell”in bu oğurluğunun qarşısını alınmalıdır. Belə absurd qayda, belə qərar anlaşılan deyil. Heç bir operatorun haqqı yoxdur ki, heç bir xidmət təklif etmədən balansdan vəsait silsin”.

Nigar