Azərbaycanlıların təhqirinə etiraz etdi, həbsə atıldı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi bir ay əvvəl həbs edilib. 

Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi bir ay əvvəl həbs edilib.

TİA.AZ xəbər verir ki, hazırda o, həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanında saxlanılır.

Bundan əvvəl R.Rəzəvi məhkəmənin ədalətsiz qərarına etiraz olaraq 45 gün aclıq aksiyası keçirdikdən sonra azad edilmişdi. Lakin məhkəmə ETTELAAT (İran Kəşfiyyat İdarəsi) İdarəsinin iddiası ilə fəalın yenidən həbs edilməsi və 13 aylıq cəzaya məhkum edilməsi haqda hökm çıxarıb.

Rəzəvi 2015-ci ilin noyabrında İran televiziyasının yaydığı məlum təhqiramiz “Fitilə” verilişinə etiraz olaraq keçirilən aksiya zamanı tutulub. Sözügedən verilişin aparıcıları demək olar ki, cəzasız qalıb və yenidən televiziyaya qayıdaraq, fəaliyyətlərini davam etdiriblər.

Qeyd edək ki, İranın dövlət televiziyasında yayımlanan “Fitilə” uşaq verilişində Azərbaycan türkləri təhqir olunmuşdu. Belə ki, İRİB TV-2 kanalında yayımlanan komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir.