“300 min azərbaycanlının qayıdışı bizim üçün çox ağır nəticələr verəcək”.
Tribunainfo.az bildirir ki, bu fikirlər politoloq Artur Xaçikyana məxsudur.
O deyib ki, azərbaycanlıları Ermənistanda yerləşdirmək üçün ən azı 60 kənd lazımdır. “ Əvvəlcə, onların yerləşdirilməsi üçün 60 kəndə ehtiyac var. Ermənistanda bu qədər boş kəndin olduğu məlum deyil. İkincisi, bu adamlar Ermənistanda mülk sahibi olacaqlar və keçmişdəki mülklərini də tələb etməyə başlayacaqlar. Ardından Zəngəzur dəhlizi açılacaq və bununla da Azərbaycanın sərbəst hərəkəti start götürəcək. Bir sözlə, biz böyük bir fəlakətin astanasındayıq”.
Fərda Uğur