Bu hesabla Rusiyaya səfər istənilən Azərbaycan vətəndaşı üçün təhlükəli hala gəlib.
Tribunainfo.az yazır ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan torpaqlarının işğalında, mülki vətəndaşlarımızın qətlində iştirak edən ermənilər əlləri sallana-sallana Rusiyaya daxil olur,
Moskvada görüşlər keçirir, təlimat alır və geri qayıdırlar, Azərbaycan vətəndaşlarına gəldikdə isə Ermənistan Prokurorluğunun müraciəti əsasında hava limanında həbs edirlər:
“Ermənistan Rusiyadakı dostları vasitəsilə bu yolla İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin intiqamını almağa çalışır. Qonşularımızı yaxşı tanıyaq!”.
Roman