Azərbaycanlılar niyə pul yığa bilmir? – SƏBƏBLƏR

Azərbaycanlılar niyə pul yığa bilmir? – SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün Azərbaycanda pul yığan, banklara pul qoyan vətəndaşların sayı çox azdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Azərbaycan vətəndaşlarının “kənara pul qoya bilməmisi”nin səbəblərini açıqlayarkən deyib.
Akif Nəsirli bildirib ki, bu, əhali əsasən ölkənin biznesmenləri, məmurları və onların ətrafında fəaliyyət göstərən sahibkarlardır:
“Belə insanlar öz gəlirlərindən kapital yığımına müəyyən miqdarda vəsait yönəldə bilirlər. Hətta onların arasında elələri var ki, aylıq gəlirləri milyonlarla ölçülür. Bunlar bir qrupdur və əhalinin 5-10%-dir. Azərbaycanda pul yığa bilən əhalinin 19%-i məhz elə bu kəsimdir. Bu 19% yalnız maddi imkanlarına görə elita da adlandırmaq olar. Həmin elita bizim bəlli bildiyimiz 10-15%-i təşkil edir. Onların ətrafını da hesablayanda gəlib çıxır 19%-ə. Bu 19%-in çox az bir qismi banklara az vəsait yatırdır. 4%-i isə öz xoşuna, banka etibar etdiyinə görə əmanət qoymur. Həmin o 4% əsasən banklarda vəsaitlərin dövr etməsi, həm də əmanətlərin olması, bankların işini tənzimləmək üçün məmurların tapşırığı əsasında pul qoyurlar. Həmin adamlar da zorən banklara əmanət qoyurlar, söhbət böyük əmanətlərdən gedir, bu rəqəm Azərbaycanda 2-3 milyard manatdan çoxdur. Onun çox az qismi sadə vətəndaşlarındı”.
Ekspert hesab edir ki, Azərbaycan əhalisi 80%-dən  yuxarı hissəsi qazandığı vəsaitləri gündəlik təlabat  məhsullarına xərcləyir:
“Bu Avropa ölkələrinin bəzilərində kasıblıq həddi sayılır. Ən azı normal yaşayan əhali qazancının 40%-i  yığıma yönəltməlidir. Buna isə Azərbaycanda  əhalinin 19%-in imkanı çatır. Bunun özü çox acınacaqlı haldır”.
Qeyd edək ki, statistikaya əsasən, Ermənistanda əhalinin 39%-i, Gürcüstanda 24%-i, Azərbaycanda isə 19%-i pul yığa bilir.