AZƏRBAYCANLILAR KİMİ DƏSTƏKLƏYİR – İSRAİL, YA FƏLƏSTİN?

AZƏRBAYCANLILAR KİMİ DƏSTƏKLƏYİR – İSRAİL, YA FƏLƏSTİN?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması sosial şəbəkələrin Azərbaycan seqmentini ikiyə bölüb. Cəmiyyətin böyük hissəsi dost yəhudi xalqını və İsrail dövlətini dəstəkləyir. Tribunainfo.az müşahidə aparıb ki, bu dəfə İsrailə dəstək verən sosial media istifadəçilərinin sayı daha da çoxdur. Bu da İsrailin bizi hər zaman müdafiə etməsi, Vətən müharibəsində siyasi və mənəvi dəstəyi, İsrail silahlarının oynadığı rolla bağlıdır. İsrail həmişə Azərbaycanın yanında olub. Xüsusən də İranın son bir ildə ermənipərəst siyasəti, səfirliyimizə və millət vəkilimizə terror, Tehranın açıq təhdidləri İsrailə olan hörməti bir qədər də artırıb. Həmçinin Fələstin Ermənistanı müdafiə etmiş ölkədir. Bu da növbəti səbəbdir. Lakin məsələyə dini aspektdən yanaşanlar da az deyil. İnanclı kəsim içərisində Fələstinin tərəfini saxlayanları da görmək olar. Onlar bunu müsəlmanlara zülm edilməsi kimi dəyərləndirir. Bu yöndə post paylaşanlar Fələstin xalqının müsəlman olmasını əsas gətirərək onlar üçün dualar edirlər. Maraqlıdır ki, Fələstin tərəfdarları gözə çox dəymir.

Tribunainfo.az