Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili eniş etdi

Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Oxu.az-a təyyarədə olan zəvvarlardan biri məlumat verib.

Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.