backend

Azərbaycanlı yazıçının gözləri və ayaqları tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış yazıçı Vidadi Babanlı səhhətində yaranan problemlərdən danışıb. 

Tanınmış yazıçı Vidadi Babanlı səhhətində yaranan problemlərdən danışıb.

TİA.AZ  xəbər verir ki, o, Yeniçağ.az-a açıqlamasında xəstəliyin onun  yaradıcılığına maneə yaratdığını bildirib:

“Bu yaxınlarda “Könül inciləri” adlı kitabım çapdan çıxıb. Kitabda müxtəlif illərdə yazdığım şeirlər yer alıb. Təəssüf ki, səhhətimlə əlaqədar olaraq, kitabımın satışı ilə məşğul ola bilmirəm. İki ildir ki, yatağa məhkum olmuşam, çöl-bayır görmürəm. Xəstəxanada yatdım, indi də həkim nəzarəti altında müalicəm davam edir. Amma bir xeyri yoxdur, sağalmıram. Qolumdan tuturlar, əsa ilə evin içində gəzirəm. Gözlərim də görmür. Bir yandan xəstəlik, bir yandan da qocalıq məni əldən salıb”.

Qeyd edək ki, iki il əvvəl V. Babanlının ayağı sınıb, sınığın bitişməməsi üzündən yazıçı hələ də yeriyə bilmir.