Azərbaycanlı “Vaqner”çilər həbs olundu – DTX-dən əməliyyat

Azərbaycanlı “Vaqner”çilər həbs olundu – DTX-dən əməliyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 34 yaşlı Əliyev Ramil Ramiz oğlu və 41 yaşlı Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Tribunainfo.az xəbər verir ki, iş materiallarına görə, DTX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilən və istintaqa təqdim olunan həmin şəxslər xaricdə və Azərbaycan Respublikasında müxtəlif cinayət əməlləri törədiblər.

Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman “Vaqner” silahlı birləşməsinin rəhbəri olmuş Y. Priqojin tərəfindən şəxsən seçilərək cəzaların icrasından yayındırılıb və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb ediliblər.Arıqlama çaylarının “qara bazar”ı: İdeal bədən adı ilə qadınları məhv edirlər
Günəş bu BÜRCLƏRƏ fantastik hədiyyə verəcək: Siyahıda özünüzü axtarın
Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak edib, digər Azərbaycan Respublikası vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstəriblər. Hazırda cinayət işi üzrə Ramil Əliyev və İsmayıl Həsənovun, eyni zamanda Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarına qarşı digər cinayət əməlləri ilə bağlı araşdırmalar aparılır.

Məhkəmə baxışının nəticələrinə əsasən Ramil Əliyev və İsmayıl Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.