Türkiyədə təhsil alan azərbaycanlı tələbənin həkimə rüşvət təklif etməsi sosial mediada müzakirələrə səbəb olub.
Bakıvaxtı.azxəbər verir ki, Türkiyədə təcili tibbi yardım stansiaysında işləyən həkim Bulut Kaya ona rüşvət təklif edən tələbə ilə bağlı video paylaşıb.
“Ötən gün Türkiyədə bir universitetdə təhsil alan azərbaycanlı tələbə mənə müraciət etdi. O bildirdi ki, xəstələndiyinə görə imtahanda iştirak edə bilməyib. Universitet ondan tibbi arayış istəyib. Bir az söhbət etdikdən sonra tibbi arayışı ona təqdim edib yola saldım. Başqa xəstəni qəbul etdim.
Həmin tələbə yenidən yanıma gəldi. Düşündüm ki, başqa bir şey istəyəcək. Amma cibimə pul qoymağa çalışdı. Mən də əsəbi şəkildə pulu cibimdən çıxarıb ona “nə edirsən” dedim? Bu zaman pulu gördüm. Soruşdum ki, bu nədir? Dedi ki, Azərbaycan puludur, 100 manatdır. Əlbəttə, qəbul etmədim, yolladım”.