Azərbaycanlı şair və xanımı həbs edildi

Azərbaycanlı şair və xanımı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmədan əyalətinin Nəhavənd şəhərindən olan şair və ictimai fəal Əli Cahanian və onun həyat yoldaşı Firiştə Suriyə həbs cəzası verilib.

Tribunainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Nəhavən şəhərinin İnqilab Məhkəməsi “hökumətə qarşı təbliğat” ittihamına görə onların hər birini 1 il azadlıqdan məhrum edib.

Bundan əvvəl onlara qarşı irəli sürülən “milli təhlükəsizliyə qarşı qrup yaratmaq” ittihamı isə ləğv olunub.