Bu gün Rumıniya Cüdo Federasiyasının İdarə Heyətinin iclası keçirilib.
Bu gün Rumıniya Cüdo Federasiyasının İdarə Heyətinin iclası keçirilib.
“Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, Rumıniya Milli Olimpiya və İdman Komitəsində keçirilən iclasda 150-dən çox nümayəndə iştirak edib.
Rumıniya Cüdo Federasiyası prezidentliyinə, vitse-prezidentliyinə və digər rəhbər vəzifələrə seçkilər keçirilib. Rumıniyanın tanınmış siyasətçisi və jurnalisti Cozmin Guşa federasiya prezidenti seçilib.
aha sonra federasiyanın vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib. SOCAR-ın Rumıniyadakı “SOCAR Petroelum SA” şirkətinin baş direktoru Həmzə Kərimov da daxil olmaqla daha 4 nəfər vitse-prezident vəzifələrinə seçiliblər.
Qeyd edək ki, Rumıniya Cüdo Federasiyasının hazırkı prezidenti Daniel Florin Lascau 2015-ci ildə noyabrın 23-də bu vəzifəyə seçilib və bu il onun səlahiyyət müddəti başa çatır.