Tribunainfo.az xəbər verir ki, 1972-ci ildə Astara rayonunda doğulan Elşən Həmzəyev Rusiyanın Peterburq parlamentinə üzv seçilib.
E.Həmzəyev 1996-cı ildə S.Peterburq Telekommunikasiya Universitetinin rabitə texnologiyalar mühəndisi ixtisasını, 1999-cu ildə isə DİN Universitetinin hüquq sahəsi üzrə magistr pilləsini bitirib.
1995-ci ildən etibarən müxtəlif komersiya-tikinti sektorunda rəhbər vəzifələrdə çalışan E.Həmzəyev hazırda yaşadığı Sankt Peterburq şəhərində“Kristall” tikinti şirkətinin rəhbəridir.
İlk dəfə 2014-cü ildə yerli parlamentin üzvü seçilən həmyerlimiz ardıcıl olaraq üçüncü dəfə parlamentdə təmsil olunacaq.
E.Həmzəyev son seçkilərdə erməni rəqibini də qabalayaraq, seçicilərin 41.5 %-nin səsini qazanmaqla parlamentdə təmsil olunmaq hüququ qazanıb.