Azərbaycanlı olduğunu danan Ququş İFŞA OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 31-də Ermənistanda konsert verməyə hazırlaşan, əsl adı Faiqə Atəşin olan Ququşun Azərbaycanda kəskin şəkildə təndiq olunduğunu xəbər vermişdik. 

Avqustun 31-də Ermənistanda konsert verməyə hazırlaşan, əsl adı Faiqə Atəşin olan Ququşun Azərbaycanda kəskin şəkildə təndiq olunduğunu xəbər vermişdik.

TİA.AZ xəbər verir ki, əslən cənubi azərbaycanlı olan ifaçı haqqında xeyli müzakirələrdən sonra daha bir fakt üzə çıxıb. Belə ki, oxuculardan biri bizə Ququşun azərbaycanlı olduğunu dəfələrlə etiraf etdiyini bildirib. Şapur Hüseynzadə adlı oxucu bildirib ki, o, Ququşun yaradıcılığını yaxından izləyir və bir neçə dəfə onun konsertlərində iştirak edib:

“O, “Ayrılıq” mahnısını oxuyanda həmişə zaldakılardan “Burda mənim həmvətənlərim var?” , – deyə soruşardı. Sonra bu mahnını oxuyub ağlardı. Bir çox konsertlərində 10-a yaxın Azərbaycan mahnıları oxuyub. Məsələn, “Sənə də qalmaz”ı ifa etdikdən sonra sonda “Yaşasın Azərbaycan!” deyərdi. Bir dəfə isə Türkiyədə verdiyi müsahibədə ondan türkcə bilib-bilmədiyini soruşublar. Onda Ququş cavabında azərbaycanlı olduğunu və türk dilini çox yaxşı bildiyini etiraf edib. Bunları mən öz gözlərimlə görmüşəm və eşitmişəm. 50 ildir ki, Ququşun yaradıcılığını yaxından izləyirəm. Hətta vaxtı ilə İranda çap olunan məqalələrdən onun haqqında qəzətdə yazı yazmışam”.

Məlumat üçün bildirək ki, Yaqun Zurufçu Ququşun əslində milliyyətcə azərbaycanlı olduğunu heç zaman etiraf etmədiyini demişdi.