ATV-nin “Rəngarəng səhər” verilıişinin qonağı müğənni Ofelya Şabanova olub.
Qaynarinfo xəbər verir ki, ifaçının canlı yayım zamanı etirafı hamını şoka salıb.
Belə ki, o, uşaq vaxtı imkansız olduqlarına görə qardaşı üçün yemək oğurladığını bildirib:
“Qonşu kanalların birində mənə sual verdilər ki, oğurluq etmisiz? Dedim etmişəm, qardaşım üçün yemək oğurlamışam. Əslində mən onu oğurluq saymıram. Canımı qardaşıma görə fəda etdim. Həddindən artıq kasıb ailə olmuşuq. Anam toya gedəndə paltarına görə onun yanında oturmağa utanırdılar”.