Müğənni Zamiq Hüseynovun dəbdəbəli “Falcon 2000” təyyarəsində çəkdiyi fotosu böyük marağa səbəb olub.
Müğənni Zamiq Hüseynovun dəbdəbəli “Falcon 2000” təyyarəsində çəkdiyi fotosu böyük marağa səbəb olub.
TİA.AZ xəbər verir ki, Zamiq bugünkü var-dövlətinin uşaqlıqdan çəkdiyi əziyyətin bəhrəsi olduğunu bildirib:
“Qarabağlı… Çoxları deyir: “Zamiq varın-dövlətin içində keyf edir”. Bəs siz Zamiqin uşaqlıqdan nə çəkdiyini bilirsiniz, hə? 11 yaşında Fizulidən gələndən metro qabağında qələm satıb ailəsini dolandıran insandır. 10 yaşından atasından bir qəpik belə almayan bir insan haqqında nece belə deyə bilirsiz ki, “Zamiq keyf edir”. Əgər bu gün yaxşıyamsa, o günlərin zəhməti var. Allah xalqımızı daimi uca eləsin. Zamiq bu pilləyə onların, yəni sizlərin sayəsində gəlib. Qucaq dolusu sevgilərlə, sizin Zamiq”.