Tanınmış model Səbinə Rufiz qızı Hüseynova vergi borcunu ödəmədiyi üçün məhkəmə qarşısına çıxarılacaq.
Tribunainfo.az unikal-a istinadla bildirir ki, Dövlət Vergi Xidməti modelin ölkədən çıxışına məhdudiyyət qoymaq üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəmə prosesi hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Səbinə Hüseynova 2018-ci ildə dələduzluq maddəsi ilə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il şərti cəzaya məhkum edilib.
Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.
Səbinə Hüseynova 1990-cı illərin sonlarında xarici ölkələrin birində bir neçə əxlaqsız filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılıb.