backend

Azərbaycanlı milyarderə qarşı şok ittiham: 8 qətli sifariş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Telman İsmayılov 8 sifarişli qətl törədən cinayətkar qrupun işinin araşdırılmasında əsas müttəhimlərdən birinə çevrilib. 

Telman İsmayılov 8 sifarişli qətl törədən cinayətkar qrupun işinin araşdırılmasında əsas müttəhimlərdən birinə çevrilib.

TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb. İsmayılov haqqında ifadəni həbs edilən qrup üzvü verib. Agentlik Harri Beloçerkovski adlı bu şəxsin İsmayılovlar ailəsi ilə bağlı olduğunu yazıb.

Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib. Bütün qətllər Moskvanın Şimal Administrativ Dairəsində ticarət obyektləri uğrunda aparılan kriminal müharibə ilə bağlı olub. Beloçerkovski həmçinin 2000-ci ildə “Praqa” restoranından Rafiq və Telman İsmayılovların avtoritet Andrey Lobanovun aradan götürülməsi söhbətinə şahidlik etdiyini bildirib. Məhz bu söhbətdən az sonra Lobanov öldürülüb.

Agentliyin mənbəsi, tezliklə, İsmayılovlara qarşı yeni cinayət işinin açılacağını bildirib:

“Rafiq İsmayılova qarşı ittihamlar səsləndirilib və hazırda o nəzarət altındadır. Başqa qardaş olan DİN-in keçmiş əməkdaşı Vaqif İsmayılov istintaqdan gizlənib və onun haqqında axtarış elan olunub. Telman İsmayılov məsələsi isə artıq həll edilir. Ehtimal olunur ki, tezliklə, ona qarşı da axtarış elan olunacaq”.