Azərbaycanlı milyarder Türkiyədə 1 tabloya 10 min dollar ödədi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı milyarder Fərhad Əhmədov, həyat yoldaşı və 3 övladı ultra lüks yaxtası ilə Bodruma, ordan isə Mərmərəyə yollanıb. 
 

Azərbaycanlı milyarder Fərhad Əhmədov, həyat yoldaşı və 3 övladı ultra lüks yaxtası ilə Bodruma, ordan isə Mərmərəyə yollanıb. “Qaynarinfo” xəbər verir ki, iş adamı Türkiyədə etdiyi bir alış-verişlə günmədə gəlib.

Belə ki, Fərhad Əhmədov 35 yaşlı türk rəssam Güclü Kadir Yılmazın bir tablosunu 10 min dollara satın alıb. Məlumata görə, onlar bu barədə internetdə danışıqlar aparıb və razılığa gəliblər. 

Fərhad Əhmədov, həyat yoldaşı Tatyana Əhmədova və yaxtanın kapitanı “Netsel Marina”dakı sənət qaleriyasına yollanaraq tablonu aldığı bildirilir. 

Tablonun məhşur bir kolleksiyaçı tərəfindən alındığı üçün fəxr etdiyini bildirən Güclü Kadir Yılmaz bunları deyib: “Sırf kolleksiyasına qatılsın deyə bir çox rəssam Fərhad Əhmədova əsərlərini həddiyyə edir, amma qəbul etmir. Mənim əsərimi bəyənməsi, üstəlik qiymətə etiraz etmədən alması sənə və əsərimə önəm verdiyini göstərir. İnternetdə tablonu ona satdığımızı elan edən kimi sənət dünyası bizdən danışmağa başladı. Fərhad Əhmədovun tabbomu kolleksiyasına qatması bu işə olan bağlılığımı daha da artırdı. İndi daha yaxşısını etməliyəm”.

Qeyd edək ki, Fərhad Əhmədov dünyanın məşhur kolleksiyaçılarından biridir. Buna görə ona hətta “sənətin şefi” və “istedad ovçusu” deyirlər.

1955-ci ildə Göyçayda dünyaya gəlmiş iş adamı Türkiyəyə yollandığı ulta lüks yaxtasını milyarder dostu Roman Abramoviçdən 360 milyon avroya alıb. Luna adlı yaxtanın ümumi sahəsi 115 kvadratmetrdir.