Bu gün Rusiyada “Lukoyl” üçün daxili rəqabətdə, eləcə də Qərb ölkələrinin sanksiyalarına görə risklər mövcuddur.
Bu gün Rusiyada “Lukoyl” üçün daxili rəqabətdə, eləcə də Qərb ölkələrinin sanksiyalarına görə risklər mövcuddur.
Axar.az xəbər verir ki, bunu “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov “Blumberq TV”yə müsahibəsində söyləyib.
Ələkbərovun sözlərinə görə, “Rosneft” şirkətinin rəhbəri İqor Seçinin “Lukoyl” şirkətini alması barədə ehtimallar onu narahat etmir:
“Mən bu gün bu haqda narahat deyiləm. Yaxın 3-5 ildə şirkətin rəhbəri vəzifəsində qalmağı planlaşdırıram. Çünki Rusiyada riskləri dəf etmək daha asandır. Təbii ki, mən varisim barədə düşünürəm. Ümid edirəm ki, həyatımın işini davam etdirəcək o şəxs layiqli namizəd olacaq. Lakin o mənim oğlum olmayacaq. Çünki bu iş çox ağırdır. Lakin oğlum bu biznesdə qalacaq”.