Başqırdıstanda, Meleuz şəhərində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus həbsxana əməkdaşına fizikli xəsarət yetirib. Başqırdıstanda, Meleuz şəhərində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus həbsxana əməkdaşına fizikli xəsarət yetirib.
Rusiya Ali Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə nizam-intizam qaydalarını pozan azərbaycanlı məhbusun cərimə izolyaroruna qoşulması səbəbindən baş verib. Məhbus qəfildən onu izolyatora qoşan həbsxana nəzarətçisinə hücum edərək onu boğmağa başlayıb.
Adı açıqlanmayan məhbusun həbsxanada 9 il və 10 ay müddətlə cəza çəkdiyi məlumdur.
Başqırdıstanın Ali Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, bu fakt Rusiyanın islahedici sistemində görünməmiş hadisədir.
Hazırda fakt üzrə araşdırma aparılır. Təhqiqatın nəticəsinə görə qərar qəbul ediləcək. (Virtualaz.org)