Noyabr ayının 9-dan itkin düşən Rəcəb Çelikerin cəsədi azərbaycanlı iş adamının bağının quyusunda tapılıb. Cəsəd orada çalışan mühafizəçi tərəfindən aşkarlanıb. Hadisə yerinə, həmçinin Çelikerin həyat yoldaşı və yaxınları gəlib və onlar gözyaşlarına hakim ola bilməyiblər.
Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Xilasetmə əməkdaşlarının səyi nəticəsində cəsəd quyudan çıxarılaraq, morqa göndərilib.
Qeyd edək ki, malikanənin azərbaycanlı iş adamına məxsus olduğu deyilsə də, adı açıqlanmır.