Azərbaycanlı gənc Polşada qəzada ölüb.
Tribunainfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Varşava yaxınlığında qeydə alınıb.
Zaqatala rayon 3-cü Tala kənd sakini 29 yaşlı Anar Əsədlinin idarə etdiyi avtomobil qatarla toqquşub. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Anar Əsədli 2 ildir, Polşada yaşayır və işləyirmiş.
Qəza anının görüntülərini təqdim edirik: