Qazaxda futbolçu ürək tutmasından dünyasını dəyişib.
Qazaxda futbolçu ürək tutmasından dünyasını dəyişib.
APA-nın məlumatına görə, rayonun Xanlıqlar kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlunun səhhəti mayın 30-da kəskin pisləşib. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Q. Sarıyev Qazağın “Göyəzən” futbol komandasının oyunçusu olub.