Rusiya Premyer Liqasında 15-ci tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin şərəfini qoruduu “Rostov”səfərdə “Zenit”lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
“Zenit” – “Rostov” – 2:0
Qollar: Sebastian Dyurissi, 12, Aleksandr Yeroxin, 63
Start heyətində meydana daxil olan Ayaz Quliyev komandasını azlıqda qoyub. O, 81-ci dəqiqədə oyun ərzində ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.
Qeyd edək ki, 15 turdan sonra turnir cədvəlinə 34 xalla “Zenit” başçılıq edir. “Krasnodar” 29 xalla 2-ci, SSKA 26 xalla 3-cüdür. “Rostov” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.