“Sabah”ın və 21 yaşlılardan ibarət milli komandamızın 18 yaşlı üzvü Şahin İbrahimov qitənin tanınmış klublarından birinə baxışa yollanıb.
Tribunainfo.az Sports.az-a istinadən xəbər verir ki, bu gün Skandinaviyaya gedən sol vinger bir həftə ərzində Stokholm AİK-inin düşərgəsində olacaq.
İbrahimov özünü yaxşı tərəfdən göstərə bilsə, paytaxt təmsilçisi transfer üçün gənc futbolçunun məxsus olduğu “Sabah” FK-ya müraciət edəcək.