backend

Azərbaycanlı deputat: “Biz də Avropaya vizasız gedəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən başlayaraq Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcəklər. Bu qərar qonşu ölkədə yaşayan azərbaycanlılara da şamil olunacaq. Bu gündən başlayaraq Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcəklər. Bu qərar qonşu ölkədə yaşayan azərbaycanlılara da şamil olunacaq.

Gürcüstanın Vahid Milli Hərakatı Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov AzVision.az-a bildirib ki, sənədləri qaydasında olan hər bir Gürcüstan vətəndaşı rahat şəkildə, vizasız Avropaya gedə bilər. Onun sözlərinə görə, Avropaya vizasız gediş azərbaycanlıların da işini xeyli asanlaşdıracaq.

“Sənədləri qaydasında olan hər bir soydaşımız bu gündən etibarən Avropaya vizasız gedə biləcək. Bu, bizim üçün sevindirici haldır. Azərbaycanlı gənclər rahat şəkildə Avropada təhsil alacaqlar. Onların Avropa ölkələrinə gediş-gəlişi daha çox olacaq. Tələbələrimiz orada yaxşı təhsil alacaq və yenilikləri Gürcüstana gətirəcəklər. Bu da azərbaycanlılar üçün geniş imkanlar yaradacaq. On beş ildir ki, Gürcüstan bu yolu tutub. Hər bir Gürcüstan vətəndaşı bunu bayram kimi qeyd edir”,- deyə A.Süleymanov vurğulayıb.