AZƏRBAYCANLI BLOGGERLƏR DƏ ARAŞDIRILSIN!

AZƏRBAYCANLI BLOGGERLƏR DƏ ARAŞDIRILSIN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə varlı həyatlarının reklamı ilə məşhur olan sosial media fenomenlərinin ard-arda saxlanılması, əmlaklarına həbs qoyulması digər bloggerləri qorxuya salıb.

Tribunainfo.az yazır ki, qorxuya düşən əksər bloggerlər paylaşımlarının çoxunu silib. Son günlər isə heç bir blogger yeni şəkil, video paylaşmır. Bir çox sosial media fenomeni isə diqqətləri üzərlərindən yayındırmaq üçün əslində kasıb həyatı yaşadıqlarını göstərməyə çalışır, bu tip videolar paylaşırlar.
12 evim, 4 maşınım var deyən, üzüyü milyonluq ev qiymətinə olan sosial media fenomeni Murat Övüç indi də avtobus dayanacağından video paylaşır. Fenomen bildirib ki, indiki dövrdə qənaət etməli, xərclərimizə nəzarət etməyi unutmamalıyıq. Onun bu paylaşımı lağa qoyulub və çoxları ona “Dilan Polatdan sonra qorxuya düşdünüz” kimi şərhlər yazılıb.

Son günlər isə xüsusilə İnstaqramın Azərbaycan saqmentində yaşam tərzləri, bahalı evləri, avtomobilləri ilə günəm olan sosial şəbəkə fenomenlərinin qazanclarının, həyatlarının araşdırlmasını tələb edənlər artıb. Bir çoxları hesab edir ki, paylaşımları ilə izləyicilərə acıq verən, ikrah hissi oyadan, evlərini, avtomobil və geyimlərini gözə soxan bloggerlərin məsuliyyətə cəlb edilməsini gözəyir. Türkiyədə başladılar sosial media fenomeni əməliyyatlarının tezliklə Azərbaycanda da reallaşdırılmasını gözləyənlər var.