Rusiyada Faiq Quliyev adlı biznesmenin oğlu Meqion şəhərinin bələdiyyə nəzarəti şöbəsinin rəhbəri Semyon Qoliki döyüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, insident 2023-cü ilin fevralında məhkəmədə baş verib. Tərəflər məhkəmədən sonra söhbəti dəhlizdə davam etdiriblər. Bundan sonra biznesmenin oğlu məmura ağır zərbə endirib.
Hadisə ilə bağlı cinayət işi başladılıb.