Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunu öldürən kişi bu gün Boronej şəhərindəki evlərdən birində saxlanılıb.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 47 yaşlı qatil cinayət əməlini etiraf edib.
Qətlin sifarişli, qatilin isə peşəkar olduğu bildirilir.
Qeyd edək ki, Arif Hüseynovun cəsədi yanvarın 31-dən fevralın 1-nə keçən gecə Karqopolsk rayonunda tapılıb. Hüseynov beş ölümcül güllə yarası alıb ki, bunlardan biri onun başına dəyib.