Rusiyada azərbaycanlı biznesmenin sayəsində şantajla məşğul olan cinayətkar qruplaşmanın beş üzvü saxlanılıb.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, cinayətkarlar Azərbaycandan Novokuznetsk şəhərinə işləməyə gələn iş adamından aylıq xərac tələb ediblər.
Ancaq biznesmen bundan imtina edib. Bu zaman cinayətkarlar fərdi sahibkarla kafedə görüş təyin edib və onu döyüblər. Sonra isə Azərbaycan vətəndaşını silahla təhdid edərək, 10000 rubl (152 dollar) pul alıblar.
Bir müddət sonra onlar yenidən biznesmenlə görüşüb və 20 000 rubl (304 dollar) götürüblər. Azərbaycanlı polisə şikayət edib. Beləliklə dəstənin bütün üzvləri saxlanılıb.
Onlara ümumi rejimli koloniyada il yarım cəza verilib.