backend

Azərbaycanlı atlet rekorda imza atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə 69 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycanlı atlet Anastasiya İbrahimli 5 rekord yeniləyərək qızıl medal qazanıb. 

Mayın 15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə 69 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycanlı atlet Anastasiya İbrahimli 5 rekord yeniləyərək qızıl medal qazanıb. 

Yarışda 63 kiloqram çəki dərəcəsində çıxış edən Elnarə Abbasova isə bürünc medala layiq görülüb.

Bu çəki dərəcəsinin finalında milli komandamızın iki üzvü Fidan Hüseynzadə və Anastasiya İbrahimli medallar uğrunda mübarizəsi aparıblar.

A.İbrahimli birdən qaldırma hərəkətində 100 kiloqramı ram edib. Atletimiz təkanla qaldırmada isə 119 kiloqramı başı üzərinə qaldırıb. Toplam 219 kiloqramlıq (100+119 kq) nəticə göstərən Anastasiya İbrahimli bu çəki dərəcəsində qızıl medalın millimizin aktivinə yazdırıb. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəki dərəcəsində birdən qaldırma üzrə bir, təkanla qaldırmada 2, toplamda isə 2 olmaqla ümumilikdə 5 rekordu yeniləyib.

Fidan Hüseynzadə isə birdən qaldırma hərəkətində 69, təkanla qaldırmada 88 kiloqramı ram edib. Toplam 157 kiloqramlıq (69+88) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 7-ci yeri tutub.

Oyunlarda qadınlar arasında 63 kiloqram çəki dərəcəsində ölkəmizi Firuzə İbrahimova və Elnarə Abbasova təmsil ediblər. Elnarə Abbasova birdən qaldırma hərəkətində 82, təkanla qaldırma hərəkətində isə 102 kiloqramı başı üzərinə qaldırıb. Toplam 184 kiloqram (82+102) nəticə göstərən atletimiz bürünc medala sahib olub.

Firuzə İbrahimova isə 180 kiloqram (80+100 kq) nəticə ilə beşinci yeri tutub.