backend

Azərbaycanlı atlet Avropa rekordu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dubayda paralimpiyaçı atletlər arasında keçirilən IX Fəza Beynəlxalq Qran-pri yarışı başa çatıb. 

Dubayda paralimpiyaçı atletlər arasında keçirilən IX Fəza Beynəlxalq Qran-pri yarışı başa çatıb.

TİA.AZ apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi turnirin son günü daha 2 qızıl və 1 gümüş medal qazanıblar.

Belə ki, həmyerlilərimizdən Samir Nəbiyev yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz nüvəitələmə yarışında olduğu kimi diskatmada da çempion adına layiq görülüb. 46,67 m nəticə göstərən təmsilçimiz bununla yeni Avropa rekordu da müəyyənləşdirib.

Nəbiyevin komanda yoldaşı Oloxan Musayev də diskatma üzrə öz kateqoriyasında birinci yeri tutub. Nüvəitələmədə gümüş medal qazanan atlet 40,83 m nəticə göstərib.

Aktivində 1 gümüş (nüvəitələmə) və 1 bürünc medal (diskatma) olan Elvin Astanov isə nizəatmada 23,57 m nəticə ilə ikinci olub.

Beləliklə, yığmamız Qran-prini 5 qızıl, 5 gümüş və 1 bürünc medalla bitirib.

Komandamızın digər medallarına gəlincə, Zeynal Misgərli (100 m) qızıl və Vladimir Zayats (nizəatma) gümüş mükafat qazanıb. Nüvəitələmədə birinci olan Rüfət Rəfiyev isə diskatmada ikinci yerlə kifayətlənib.