Ötən gün Aşıq Namiq Fərhadoğlu paytaxt məkanlarının birində doğum günü qeyd edib.
Ötən gün Aşıq Namiq Fərhadoğlu paytaxt məkanlarının birində doğum günü qeyd edib.
Musavat.com xəbər verir ki, 35 yaşını tamamlayan aşığın ad gününə şou-biznesin bir çox tanınmış simaları dəvətli olub. Lalə Əlimuxtarova aparıcılıq etdiyi gecəyə gələn məşhurlar musiqi hədiyyələrini təqdim ediblər. Aşıq isə öz növbəsində bildirib ki, ad gününə özünə bahalı maşın alıb: “Yeni yaşımda özümə ilk növbədə can sağlığı arzulayıram. Əsas odur. Digər şeylər isə ondan sonra gəlir. Bu gün özümə ağ rəngli “Gelandewagen” aldım. Tam 70 min dollar (təxminən 120 min manat) ödədim. Hər kəsə qismət olsun”.
Qeyd edək ki, ad günündə xalq artisti Sabir Əliyev, müğənnilər Şəbəm Tovuzlu, Əli Mirəliyev, Mənzurə Musayeva, Sevda Sanalıyeva, Təranə-Musa, aktrisa “Keyxanım” ( Ülviyyə Əliyeva ) , Aşıq Zülfiyyə, aparıcı Günel Həsənzadə, Mikayıl Güləddinoğlu, Samir Bayramlı və başqaları iştirak edirdi.