Azərbaycanlı Ardadan Türkiyədə 45 metrdən möhtəşəm qol (VİDEO)backend

Azərbaycanlı Ardadan Türkiyədə 45 metrdən möhtəşəm qol (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın U-14 komandasının futbolçusu Arda Əzizli baxımlı qola imza atıb.

Qaynarinfo xəbər verir ki, yeniyetmə futbolçu Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” turnirində fərqlənib.
Arda “Özerspor”la qarşılaşmanın son anlarında – əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə uzaq məsafədən möhtəşəm qol vurub.
Əzizli eyni zamana sözügedən görüşdə “Qarabağ”a qələbə qazandırıb. Nəticədə onun komandası nüfuzlu turniri 5-ci sırada başa vurub.