backend

AZƏRBAYCANLI ALİMDƏN ERMƏNİLƏRƏ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Armenpress” saytının xəbərinə görə, ermənilər bu günlərdə 25-ci “qara yubileyi” qeyd ediləcək Laçın rayonundakı məşhur Həkəri çayı ətrafında yeni “abidələr” “aşkar” ediblər. 

“Armenpress” saytının xəbərinə görə, ermənilər bu günlərdə 25-ci “qara yubileyi” qeyd ediləcək Laçın rayonundakı məşhur Həkəri çayı ətrafında yeni “abidələr” “aşkar” ediblər.

Saxta “erməni abidəsi” qeyri-qanuni olaraq, Azərbaycan ərazilərinə daxil olmuş İrəvan Dövlət Universitetinin və Ermənişünaslıq İnstitutunun laboratoriyasının təşkil etdiyi birgə “arxeoloji ekspediya”nın üzvləri tərəfndən tapılıb. Guya bu “arxeoloqlar” Laçının Güləbird kəndi yaxınlığında, Ermənistanın Sünik rayonunun Gorundzur kəndindən 3,2 km cənub-şərqdə, Qamış dərəsi deyilən kimsəsiz yerdə(koordinatları:39 32 08,5 N. 46 33 10,2 E. Alt.1000 м) “qədim erməni qaya kilsələri”ndən birini tapıblar.

Saxtakar “alimlər” iddia edirlər ki, mağara kimi yonulmuş bu “kilsə”guya XIV-XV əsrlərə aiddir. Guya “XVIII əsrdə ermənilər bu yerləri tərk etməyə məcbur olub və buralarda müsəlmanlar məskunlaşıblar”…”Arxeoloqlar”a abidənin yerini Gorundzur kənd sakini Andranik Ayrapetyan söyləyib.

Azərbaycan tarixçilərindən ilk olaraq bu məsələyə Bakı Dövlət Universitetinin dosenti Ələmdar Şahverdiyev TİA.AZ-a belə bir açıqlama verdi: 

“Laçın rayonunun ərazisi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Laçın rayonunda Xanım dərəsi, Ayıdərəsi, Keçəl dağ və Qaragöl yaylağından Kəlbəcər  istiqamətinə uzanan ərazidə çınqıl daşları üzərində ibtidai icma dövrünə aid çoxlu sayda aşkar edilən qaya təsvirləri, ibtidai insanın-neandertalın yaşamasına əyani sübutdur. Bu? onu göstərir ki,100 min il öncə Laçın ərazisində orta paleolit dövrü  yaşamış əcdadlarımız  bunu tarixin yaddaşına həkk edə bilmişlər. Laçın rayonunun elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii mağaralarla zəngin olmasın.  Mirik kəndindəki Qaranlıq kaha, Bayqara mağarası, Hoçaz kəndindəki mağara məbəd, Minkənd kəndindəki Qaranlıq mağara şəbəkəsi və s.qeyd etmək olar. Bunlar Azərbacanı dünyaya tanıdan Azıx, Tağlar arxeloji abidələrinə bərabər tutula bilər.                       

Arzu olunmaz haldır ki, elektron informasiya vasitələlərində işğal olunmuş torpaqlarımızdakı abidələr haqqında məlumat yerləşdirilən kimi ermənilər tərəfindən dərhal ünvanı aşkar edilir və “erməniləşdirilərək” saxtalaşdırılır.                       

Bu gün saxta erməni ənənəsinin qurbanına çevrilən qədim yaşayış məskənlərimizdən biri və Sarı Aşığın vətəni olan Laçın rayonunun Güləbird kəndi təsadüfən seçilməmişdir. Güləbird kəndi ibtidai icma, Alban mədəniyyəti, orta əsrlər Azərbaycan tarixinin  zəngin irsini arxeoloji və tarixi-memarlıq abidələrində yaşadır.  Bura kirqan qəbirləri, qədim türk mifalogiyasının rəmzi olan qoç heykəllərlə zəngindir. Ermənilər bu  ərazidə  türk izini itirmək üçün növbəti saxtakarlıq aktın həyata keçiriblər.                       

Ona görə də əgər sabah eşitsək ki, ermənilər Laçın rayonunun ərazisindən axan çaylardan birindən ermənilərə məxsus “balıq” növü tapıblar, təəccüblənməyin.                       

Nə qədər ki, beynəlxalq ictimaiyyət susur və ikili standartlar var, bu hal da baş verəcək”.

İlahə