Azərbaycanla Rusiya arasında 12 sənəd imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda iki ölkə arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb. 

Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda iki ölkə arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb.



İmzalanan sənədlər arasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında saziş, AZPROMO və Dağıstanın Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında memorandum, AZPROMO və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında memorandum, Azərbaycanın Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa Çərçivə Sazişi, Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiyanın Stavropol diyarının Kislovodsk kurort şəhəri administrasiyası arasında qardaşlaşma və əməkdaşlıq haqqında saziş, Bakının Nərimanov Nayon İcra Hakimiyyəti ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında niyyət protokolu, Həştərxan vilayətinin Nərimanov rayonu bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli xüsusi iqtisadi zonada sənaye istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında saziş, Quba Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş və Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş də var.

Forum çərçivəsində həmçinin, “Bentonit” MMC, “ADY Exspress” MMC və “AzRosPromInvest” MMC arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın “Glass House” şirkəti ilə Dağıstanın “Xəzər Vərəqə Şüşə Zavodu” ASC arasında mallar təchizatı üzrə niyyət sazişi imzalanıb.