Azərbaycanla Pakistan arasındakı saziş təsdiqləndi

Azərbaycanla Pakistan arasındakı saziş təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.