“Azərbaycan və Ermənistan arasında münaqişə, ümumilikdə, həll olunub, indi tərəflərə münasibətlərin tam tənzimlənməsi üçün növbəti əməli addımlar atılmalıdır”.
Tribunainfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Münaqişə ümumilikdə, həll olunub. Tərəflər razılaşıblar ki, Qarabağ Azərbaycanındır və bu, həll olunmamış əsas məsələ idi. İndi, əlbəttə ki, münasibətlərin tam tənzimlənməsi üçün ilk növbədə sülh müqaviləsinin hazırlanması, sərhədlərin demarkasiyası və maneəsiz nəqliyyat və iqtisadi əlaqələrin qurulması istiqamətində əməli addımlar qalır”, – deyə Lavrov qeyd edib.
Lavrovun sözlərinə görə, Brüssel və Vaşinqton Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə sızmaq cəhdlərini davam etdirir. O vurğulayıb ki, son bir ildə belə cəhdlər olub, lakin onlar Ermənistan və Azərbaycan tərəflərinin faydalı hesab edəcəyi hər hansı əlaqənin əleyhinə deyillər.