Ermənistanda böyük əksəriyyət kommunikasiyaların açılmasına qarşı olsa da, içərilərində ağıllılar da az deyil. Tribunainfo.az xəbər verir ki, həmin ağlı başında olanlar artıq dilə gələrək, reallıqları deməyə başlayıblar.
Hüquqşünas Artaşes Xalatyan Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinə deyib ki, Azərbaycanla düşmənçiliyi davam etdirmək İrəvanın ziyanınadır. Onun sözlərinə görə, yolların açılmaması Ermənistana təkcə siyasi deyil, həm də ciddi iqtisadi zərərlər də vurur.
Xalaytan hesab edir ki, “Sülh yollarının kəsişməsi” layihəsi iqtisadi əməkdaşlığa gətirib çıxaracaq. “Bu isə Azərbaycanla düşmənçilik səhifəsinin ləğv edilməsinə töhfə verəcək”.