“Azərbaycanla ABŞ arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var”

“Azərbaycanla ABŞ arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubu yüksək qiymətləndirilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edərkən bildirib.

Prezident qeyd edib ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.