backend

Azərbaycanın yarısı ermənilərə, yarısı gürcülərə verildi – ŞOK TƏXRİBAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The GeaCron Project” təşkilatının yaratdığı “GeaCron” xəritə sistemində (geacron.com) Azərbaycan torpaqları Ermənistan adı ilə təqdim olunub. “The GeaCron Project” təşkilatının yaratdığı “GeaCron” xəritə sistemində (geacron.com) Azərbaycan torpaqları Ermənistan adı ilə təqdim olunub.

TİA.AZ Publika.az-a istinadən xəbər verir ki, “The GeaCron Project” dünyanın siyasi xəritəsini eramızdan əvvəldən başlayaraq, günümüzə qədər tərtib edib.

Sistemdə X-XI əsrə aid xəritədə Azərbaycan əraziləri Ermənistan adı ilə təqdim olunub. Halbuki, IX əsrdən başlayaraq, XI əsrə qədər Azərbaycan torpaqlarında Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və Rəvvadilər adlı türk dövlətləri mövcud idi. XI əsrin ortalarında etibarən bu ərazilər ümumilikdə Böyük Səlcuqlar İmperiyasının tərkibinə daxil edilib. Lakin nə həmin vaxt, nə ondan əvvəl bu bölgədə ermənilərə aid heç bir ərazi və dövlət quruluşu olmayıb.

“The GeaCron Project”in ən böyük səhvlərindən biri isə XIII əsrə aid xəritədə Azərbaycanın Şimal ərazilərini Gürcüstan adı altında təqdim etməsidir. Həmin dövrdə bu coğrafiyada Atabəylər və Elxanilər dövləti mövcud idi. Müəyyən qədər ərazi isə Teymurilər dövlətinin tərkibində idi. Teymurilər zəifləyəndən sonra isə Qaraqoyunlu və Ağqoyunlu dövlətləri meydana çıxdı.

“The GeaCron Project” bu addımının iki səbəbi ola bilər: ya sistemdə yanlışlığa yol veriblər, ya da bu yanlışlığı bilərəkdən edərək, təxribata əl atıblar. Ermənilərin və erməni lobbisinin Azərbaycana qarşı tarixi təxribatlara əl atması dəfələrlə baş verib. Bunun fonunda “GeaCron” sisteminin məqsədi şübhəlidir.

Sistemin məqsədi haqqında deyilir ki, “tarixi məzmunlu saytların köməkçisi olmaq və onlayn ensiklopediya olaraq fəaliyyət göstərməkdir”.
Lakin göründüyü kimi mayak olmağa çalışan sistem yolu səhv göstərir.

Qeyd edək ki, bu təşkilat İspaniyada fəaliyyət göstərir. Sistemin yaradıcı Luis Muzquizdir. O, 1983-cü ildə İspaniyanın “Complutens de Madrid” Universitetində coğrafiya və tarix ixtisası üzrə təhsil alıb.