Azərbaycanın sabiq baş nazir müavininin oğlu Almaniyada itkin düşdübackend

Azərbaycanın sabiq baş nazir müavininin oğlu Almaniyada itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniyada yaşayan azərbaycanlı tələbə Tamerlan Təhməzov itkin düşüb.
Bu barədə Lent.az-a həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat veriblər.
Bildirilir ki, T. Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. O, bir neçə gündür, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.
Həmçinin qeyd olunub ki, son günlər Tamerlanda psixoloji problemlər yaranıb, hətta yaşadığı yerə də getməyib.
Onun tapılması üçün polisə müraciət edilib. Hazırda tədbirlər görülür.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tamerlan Təhməzov sabiq baş nazir müavini Əli Təhməzovun oğludur.
Ə.Təhməzov 1993-94-cü illərdə baş nazirin müavini olub. O, həmin illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifəsini də tutub.